Şənbə , İyul 20 2024
azfa

Molla rejiminin yaxaladığı azərbaycanlı fəal Səid Sadiqifər zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin yaxaladığı azərbaycanlı milli fəal Səid Sadiqifər oktyabrın 17-də 300 milyon tümən girov qarşılığında məhkəməyə qədər Ərdəbil zindanından zaminə buraxılıb.

Fəalın istintaq prosesi hakim Kamiar Səlimin sədrliyi ilə rejimin Ərdəbildəki Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsində aparılıb.

Molla rejiminin prokuroru Səidi Sadiqifərə qarşı “Ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq, əlbir olmaq və İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamları irəli sürüb.

Qeyd edək ki, Səid Sadiqifər  sentyabrın 22-də özünün iş yerində yaxalanaraq ETTELAAT İdarəsinin təcridxanasına aparılıb. Daha sonra isə o 6 oktyabrda rejimin Ərdəbildəki zindanına köçürülüb.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …