Bazar , Oktyabr 18 2026
azfa

Molla rejiminin yaxaladığı azərbaycanlı fəal Möhsün Möhsünzadə Ərdəbildə zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı azərbaycanlı fəal Möhsün Möhsünzadə sentyabrın 28-də rejimin terror təşkilatı olan Sepah-ın təhlükəsizlik bölməsinin təcridxanasından rejimin Ərdəbildəki zindanına köçürülüb.

Rejimin Ərdəbildəki Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində Kamyar Səliminin sədrliyi ilə azərbaycanlı fəal “Təhlükəsizliyi və ictimai asayişi pozmağa məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham edilib.

Qeyd edək ki, Möhsün Möhsünzadə sentyabrın 21-i axşam saatlarında etirazlarla bağlı Ərdəbilin Ciral parkında rejimin qüvvələri tərəfindən yaxalanıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …