Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejiminin Zənganda həbs etdiyi azərbaycanlı fəal Səfiyə Qarabağı zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Zənganda həbs etdiyi azərbaycanlı fəal Səfiyə Qarabağı girov qarşılığında zaminə buraxılıb.

Zəngan şəhərindən olan azərbaycanlı qadın hüquqları müdafiəçisi və fəal Səfiyə Qarabağı oktyabrın 8-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Molla rejimi 8 gün öncə yaxalamış tanınmış azərbaycanlı qadın fəalı “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı fəal Səfiyə Qarabaği oktyabrın 1-də Zəngan şəhərində molla rejiminin ETTELAAT məmurları tərəfindən yaxalanmışdı.

Azərbaycanlı fəal bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …