Çərşənbə , Aprel 30 2025
azfa

Molla rejimiTəbrizdə bayram tədbirinin keçirilməsinə icazə verilməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT qüvvələri bir qrup azərbaycanlı sənətçi və fəalın Təbrizdə Novruz toplantısı keçirməsinə mane olub.

 Rejimin ETTELAAT qüvvələri azərbaycanlı sənətçi və fəalı həbs etməklə, cinayət işi qaldırmaqla və əraziyə qüvvə göndərməklə hədələyib.

Molla rejimin ETTELAAT qüvvələri Novruz bayramı ərəfəsində bir qrup azərbaycanlı sənətçi və  fəala zəng edərək onları həbslə hədələməklə Təbrizdə Novruz toplantısı keçirmələrinə mane olub.

“Azərbaycan mədəniyət Ocağı”nın təşkil etdiyi bu Novruz məclisi musiqi və poeziya ifaları ilə bir müddət vdavam edə bilib.

Qeyd edək ki, “Azərbaycan mədəniyət Ocağı” 1989-cu ildə mərhum professor Zehtabinin təklifi və Həsən Dəmirçi, Hacı Musa Herisi Nejad, Rza Qaffari, Hüseyn Arəş və başqalarının əməkdaşlığı ilə yaradılıb və məqsədi Azərbaycan türk mədəniyyətini, tarixini, dilini tanıtmaq və dirçəltməkdir.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …