Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejimni azərbaycanlı milli fəal Əli Şadi qeyri-müəyyən durumda həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaxaladığı Əli Şadidini qeyri-müəyyən durumda həbsdə saxlanılır.

Azərbaycanlı fəal yalnız yaxalanandan 3 gün sonra bir neçə saniyəlik ailəsi ilə telefon əlaqəsində ETTELAAT İdarəsində həbsdə olduğunu bildirib. Ailənin müraciətlərinə baxmayaraq fəalın vəziyyəti barədə heç bir məlumat verilməyib. Bu isə onun ailəsinin ciddi nigaranlığına səbəb olub.

Hələlik fəalın nədə ittiham edilməsi barədə də heç bir məlumat yayılmayıb.

Qeyd edək ki, Əli Şadi yanvarın 2-də rejimin məmurları tərəfindən yaxalanıb. Məmurlar məhkəmə qərarı olmadan evə hücum edib, axtarış apararaq, fəala məxsus kompüter və kitabları müsadirə ediblər.

Həmçinin yoxlayın

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …