Bazar ertəsi , May 19 2025
azfa

Molla rerjimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir

GADTB: irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir.

Azərbaycanın tanınmış hüquqşünas və vəkili Sina Yusifi özünün sosial media hesabında Kərim İsmailzadənin durumundan narahatlığını bildirib və Təbriz rejimin zindanında həbsdə olan bu azərbaycanlı fəalın vəziyyətinin araşdırılmasını istəyib.

Sina Yusifi yazıb: “Azərbaycanlı siyasi fəal Kərim İsmailzadə xəstəliyinə və ağır mədə xorasına baxmayaraq, iki aydan artıqdır ki, Təbriz zindanının 5-ci palatasında qeyri-müəyyən müddətə saxlanılır. O ailəsi ilə görüşmək və normal müalicə almaq hüquqlarından məhrum edilib.”

Qeyd edək ki, tanınmış azərbaycanlı fəal və idmançı Kərim İsmailzadə əvvəllər ekoloji fəaliyyətinə və Urmiya gölünün qəsdən qurudulmasına etiraz etdiyinə görə həbs cəzasına məhkum edilmişdi. O bir müddət Təbriz həbsxanasında həbsdə saxlandıqdan sonra azadlığa buraxılmışdı. Hazırda da molla rejimi azərbaycanlı fəalı milli-mədəni fəaliyyətlərinə görə həbs edib.

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …