Çərşənbə axşamı , Dekabr 16 2025
azfa

Mollo rejimin polis qüvvələri azərbaycanlıların evlərinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin polis qüvvələri Şərqi Azərbaycan əyalətinin Hələmsi kəndinin sakinlərinin evlərinə basqın ediblər.

İki kənd arasında çayın suyu üstündə münaqişəni həll etmək bəhanəsilə bölgəyə gələn polislər bir qadınla mübahisə ediblər, daha sonra yerli sakinlərin də məsələyə qarışması ilə münaqişə böyüyüb.

Bildirilib ki, qarşıdurmanın ardından İran silahlı qüvvələri silah və hərbi texnikalarla kəndilələrin evlərinə hücum edib, qapıları sındırıb, avtomobillərə ziyan vuraraq, dövlət nömrə nişanlarını oğurlayıblar.

Qeyd olunub ki, polis qüvvələri asayişi yaratmaq və mübahisələri həll etmək yerinə müdafiəsiz insanlara hücum edib və onlara ziyan vururlar.

https://t.me/GADTB1/38247

Həmçinin yoxlayın

İranda məhbuslar edama qarşı aclıq aksiyasına başladılar

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …

Urmiya Universitetində “Azərbaycan” sədası göylərə yüksəldi

GADTB: Urmiya Universitetində keçirilən “Çillə gecəsi” adlı xüsusi proqram zamanı mindən artıq tələbə “Azərbaycan” adını …