Şənbə , Aprel 19 2025
azfa

Müəllimlər İran parlamentinin ana dili ilə bağlı qərarına etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müxtəlif millətlərdən olan müəllimlər İran parlamentinin qeyri-fars millətlərin dillərinin məhdud tədrisini nəzərdə tutan qanun layihəsini təsdiq etməməsinə etiraz ediblər.

İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasının bununla bağlı bəyanat yayıb.

Bəyanat müəllifləri İran parlamentinin bu hərəkətini ölkədə başqa dillərə olan ögey münasibətin nümunəsi adlandırıb, bunu sistemli şəkildə tətbiq edilən dil ayrı-seçkiliyi kimi dəyərləndiriblər.

Müəllimlərin bəyanatında bildirilir: “Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Konvensiyasına əsasən, ana dilində təhsil milliyyətindən və dilindən asılı olmayaraq bütün insanların əsas və təbii hüquqlarından biridir. İran hökuməti isə 40 ildən çoxdur buna əhəmiyyət vermir və mədəniyyətlərə, dillərə qarşı repressiyalarını davam etdirir”.

Qeyd edək ki, fevralın 26-da İran parlamentinin açıq iclasında qeyri-fars dillərin həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılıb.

Səsvermədə iştirak edən 246 millət vəkilinin 104-ü qanun layihəsinin lehinə, 130-u əleyhinə səs verib, 5 millət vəkili tərəfsiz olub, 7 nəfər isə səsvermədə iştirak etməyib.

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …