Çərşənbə axşamı , İyun 25 2024
azfa

Müəllimlər molla rejiminin məktəblərə kimyəvi hücumları ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan yerdə bir neçə universitetini326 müəllimi molla rejiminin qız məktəblərinə kimyəvi hücumları ilə bağlı bəyanat yayıb.

Bəyanatı imzalayan tanınmış alim və müəllimlər son aylar məktəblərə hücumları pisləyiblər:

“Daxili və xarici təhlükəsizliyi qoruduğunu iddia etməsinə baxmayaraq, milli təhlükəsizliyə qarşı bu aşkar təhdid qarşısında aylardır səssiz qalan və qabaqlayıcı tədbirlər görməyən hökumət üçün çox utancverici bir hadisədir”.

Bəyanatın müəllifləri və imza edənlər bu terror hadisəsini şagirdlərə qarşı bağışlanmaz cinayət adlandırıb və molla rejiminə xəbərdarlıq ediblər: “Övladlarının həyatının təhlükədə olmasından nigaran olan valideynlərin qəzəb və üsyanından qorxun və bu cinayətləri törədənlərin ifşa edilərək cəzalandırılmasını təmin edin”.

Qeyd edək ki, son aylar molla rejimi 300-ə yaxın məktəbdə 7 mindən çox şagirdi kimyəvi terror hücumu ilə zəhərləuib. Bəzi məktəblərdən bir neçə şagir zəhərlənmə nəticəsində həyatını itirib. Molla rejimi isə məsələni ictimailəşdirənləri cəzalandırır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …