GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən 2019-cu il yanvar ayının 23-də Güney Azərbaycanın Muğan bölgəsində qanunsuz həbs edilən tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlıq tələb ilə düvarlara şüarlar yazılıb.
Muğanda azərbaycanlı fəallar “Mən də Abbas Lisaniyəm”, “Abbas Lisani azad olunsun” və s. şüarlar yazaraqla azərbaycanlı fəalın qanunsuz həbsini pisləmiş və ona azadlıq tələb etmişlər.
Qeyd edək ki, azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra rejimin Təbrizdə yerləşən prokurorluğunda yaxalanıb. Fəal yanvarın 20-də Təbrizdən Ərdəbildə yerləşən rejimin ETTELAAT İdarəsinə köçürülüb.
Hazırda Abbas Lisaniyə yaxınları ilə görüşmək, hətta telefon əlaqəsi saxlamaq icazəsi verilməyib. A.Lisani bu qanunsuzluqlara görə aclıq aksiyasına başlayıb.