Çərşənbə axşamı , İyun 25 2024
azfa

Muğanda Urmiya gölü ilə bağlı banner; İran onun qətlinə fərman verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgısinin Parsabad şəhərində azərbaycanlı milli-mədəni fəallar Urmiya gölünün qurudulmasına etiraz olaraq aksiya keçiriblər.

Azərbaycanlı fəallar gölün qurudulmasına və yaranan ekoloji faciəyə diqqət çəkmək üçün şəhərdə banner asıblar.

Bannerin üzərində Urmiya gölünü şəkli əks etdirilməklə “Urmu gölü can verir, Tehran onun qətlinə fərman verir” və “Bu qan yerdə qalmayacaq” şüarı yazılıb.

Qeyd edək ki, irqçi fars rejim Urmiyaya axan çayların qarşısında bənd tikib suyun gölə axmasına mane olmaqla gölü qurudub. Bu da ciddi ekoloji faciəyə səbəb olur. Azərbaycan Türk Millətin etirazlarından sonra gölü bərpa edəcəyinə söz verən rejim isə sözünü tutmayıb, əksinə Körfəz və Xəzərdən farsların çöllərinə su çəkərək çölləri abad edir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …