Bazar , Oktyabr 18 2026
azfa

Mühəqqiq Ərdəbili Universitetində azərbaycanlı öyrəncilər əhalini Xoyun zəlzələ bölgəsinə yardıma çağırış ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Mühəqqiq Ərdəbili Universitetində azərbaycanlı öyrəncilər əhalini Xoyun zəlzələ bölgəsinə yardım etməyə çağırış ediblər.

Onlar “Vətən adına birlik yaraşır” və “Azərbaycan başın sağ olsun- Xoy təsliyyət” şüarları yazılmış plakatlar nümayiş etdirməklə Xoyda zəlzələdən əziyyət çəkən əhalisinə yardıma dəvət ediblər.

Qeyd edək ki, irqçi fars-molla rejimi Xoyda zələlə bölgəsinə yardım əvəzinə üsyanları yatıran qüvvə və təchizat göndərib. Əhali isə ağır vəziyyətdədir və qışın soyuğunda evsiz qalıb.

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …