Çərşənbə axşamı , İyun 25 2024
azfa

Mühacir kürdlər Ərdəbili kerdləşdirməyə çalışırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin xüsusi himayəsi ilə mühacir kürdlər indi də Əradəbili kürdləşdirməyə çalışırlar.

Məşğulluq məsələsini bəhanə edən kürdlər hər gün davamlı olaraq Ərdəbilə köçürlər. Əsasən Sənəndəc, Mərivan və Bukan şəhərlərindən olan kürdlər hər gün 3-4 avtobusla Ərdəbil vağzalına gəlirlər.

Eyni zamanda çox sayda kürd Ərdəbilin Sərçeşmə meydanı, mərkəzi meydan və bazarında alverlə məşğul oldurlar. Kürdlər iş bəhanəsi ilə Güney Azərbaycana gəlmələrinin əsas səbəbi isə Azərbaycan şəhərlərini kürdləşdirməkdir.

Bundan öncə 2020-ci ilin may ayında isə 2 min kürdün iş bəhanəsi ilə Muğan bölgəsində yerləşdirilməsi yerli əhalinin etirazı ilə qarşılaşmışdı. İran rejimi bu yolla Azərbaycan Respublikası ilə Güney Azərbaycan arasında kürdlərdən ibarət bufer zonası yaratmağı düşünür.

İran rejimi on illərdir həmçinin Güney Azərbaycanla Türkiyə türkləri arasında da kürdləri Azərbaycana köçürməklə bufer zonası yaradır. İran rejiminin süni şəkildə kürdləri Qərbi Azərbaycana köçürməsi regionda ciddi etnik münaqişənin yaranmasına şərait yaradıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …