Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

Mühacir kürdlər Azərbaycanın qərb bölgəsinə kürd vali təyin etmək üçün dəridən-qabıqdan çıxırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlərin nüfuzu altında olan Qərbi Azrbaycan Deputatlar Cəmiyyəti Pezeşkiandan Qərbi azərbaycana kürd vali təyin etməsini təklif ediblər.

Bukandan (Bəykəndi) deputat olan kürd Qasım Osmani Qərbi Azərbaycana vali təklif ediılib.  Bu isə haqlı olaraq yerli əhalinin narazılığına səbəb oluyb.

Urmiyadan deputat olan Salman Zakir Qərbi Azrbaycan Deputatlar Cəmiyyətinin Qasım Osmanini bu əyalətə vali kimi təklif etməsinə kəskin etirazını bildirib.

Salman Zakir bu məsələyə etiraz edərək deyibv: “Nümayəndələr Məclisinin sədri və üzvləri, təklif olunan variantları Daxili İşlər Nazirliyinə təqdim edərək vəzifələrindən sui-istifadə edib özlərini Qərbi Azərbaycana valilik vəzifəsi üçün təklif ediblər!”

Salman Zakir əlavə edib: “Nümayəndələr Məclisi Daxili İşlər Nazirliyinə vali vəzifəsinə özlərini təqdim etməklə yox, valini tövsiyə etməklə məsuldurlar. Yerli əhalinin tələbi valinin Qərbi Azərbaycandan olmasını istəyirlər, Xuzistandan, ya da başqa yerdən yox. Biz artıq insanların əsəbləri ilə oynamamalıyıq.”

Qeyd edək ki, mühacir kürdlər bu yolla Azərbaycanın qərb bölgəsini kürdləşdirməyə çalışırlar. Bu ərazilərin kürdləşdirilməsi son 100 ildə Azərbaycanla Türkiyə arasında kürd bufer zonasının yaradılması istiqamətində irqçi fars rejim tərəfindən kürdləşdirilir.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …