Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Mühacir kürdlər Güney Azərbaycanın Tikantəpə bölgəsinin türkcə yer adlarını təhrif edirlər

GADTB: Molla rejimin köməyi ilə Güney azərbaycan axın edən mühacir kürdlər Tikantəpədə Haçadağı və Əfşar dağlarının türkcə yer adları dəyişdirilməyə çalışırlar.

İrqçi fars-molla rejimin icazəsi ilə Tikantəpə şəhərində fəaliyyət göstərən “Havaşar-Haval” adlı Telegram və İnstaqram kanalı türkcə yer adlarını sistemli şəkildə təhrif edir.

Kürd terror qruplaşmalarını dəstəkləyən bu media orqanı Əfşar türk boyunun adını saxta “Havaşar” adı ilə dəyişdirməklə yanaşı, son zamanlar “Haçadağı” dağının türkcə adını saxta “Duhaçe” adı ilə təhrif edib.

Qeyd edək ki, loqosunda Suğurlunun (Süleyman taxtı) şəklinin də yer aldığı və PJAK terror qruplaşmasının bayrağının rəngləri ilə bəzədilmiş bu media orqanı dövlət orqanlarının rəsmi icazəsi ilə fəaliyyət göstərir və agentləri “jurnalist” adı altında şəhər inzibati iclaslarında iştirak edir və dövlət rəsmiləri tərəfindən təqdirə layiq görülürlər.

Bundan başqa, bir neçə gün əvvəl kürd mühacirlər Sayın Qalanın “Qara Daş” dağının türkcə adını kürdcəyə çeviriblər.

Xatırladaq ki, Kürd ekstremist və terrorçu qruplaşmaları tarixi Azərbaycan torpaqlarının işğalını qanuniləşdirmək üçün bu bölgələrin türkcə adlarını təhrif etməyə və dəyişdirməyə çalışırlar.

2024-də Azərbaycanın Salmas rayonunun “Ağ Bulaq” kəndinin kənd başçısı bu kəndin türkcə adını dəyişərək kürdcə saxta “Kani Sefid” adı ilə əvəz edib.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …