GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Mürtəza Pərvin 200 gündən artıqdır ki, Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır. Bu günlərdə onun ittihamı ilə bağlı sonuncu məhkəmə iclası keçirilsə də, hələ ki, barəsində hökm çıxarılmayıb.
Mürtəza Pərvin 227 gündür Evin həbsxanasındadır və ona heç bir hökm çıxarılmayıb.
Bu il may ayının sonunda Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim Əbülqasım Salavatinin sədrliyi ilə cənab Pərvenin ittihamları üzrə məhkəmə iclası keçirilib. ölkə”, “rəhbərliyi təhqir” və “casusluq”.
Qeyd edək ki, azərbaycanlı milli fəal fevralın 6-da molla rejimin ETTELAAT qüvvələri tərəfindən saxlanılaraq, Evin həbsxanasına salınıb. Murtaza Pərvinə “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq”, “rəhbəri (Xameneyini) təhqir etmək” və “casusluq” ittihamları irəli sürülüb.
Murtəza Pərvinlə yanaşı həmçinin bir neçə azərbaycanlı fəal həbs edilib və onlar da qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.