Şənbə , Sentyabr 19 2026
azfa

Murtəza Pərvin: Gecə ilə başqa zindana köçürüləndən sonra içməyə suyumuz belə yoxdur- Video

GADTB: Böyük Tehran zindanında həbsdə olan azərbaycanlı vizual rəssam və fəal Murtəza Pərvin ailəsi ilə qısa telefom əlaqəsində Böyük Tehran zindanındakı narahatedici vəziyyəti bildirdi və dedi: Hətta içmək üçün su da nadir hallarda tapılır.

Bazar ertəsi, iyulun 29-u, Böyük Tehran Həbsxanasının 2-ci Briqadasında bəbsdə olan azərbaycanlı vizual rəssam və fəal Murtəza Pərvin fdeyib ki, əvvəlcədən xəbər verilmədən Böyük Tehran Həbsxanasının 4-cü palatasına gecə köçürüldüyü gündən bəri bütün rifah və sağlamlıq xidmətlərindən, ziyarətlərdən və s. məhrumdurlar.

Murtəza Pərvin bu çağırışda bildirib ki, Böyük Tehran Həbsxanasının 2-ci briqadasında məhbus üçün əsas rifah şəraiti yoxdur. İçməli suya nadir hallarda rast gəlinir. Məhkumlar yemək payının azaldılmasından, telefon danışıqlarının məhdudlaşdırılmasından, məhbusların ümumi otağındakı soyuducunun kiçik olmasından, siyasi məhbusların cinayətkarlarla bir yerdə saxlanılmasından, məhbusların həddindən artıq sıxlığından, yataq otağının olmamasından, 40-a yaxın məhbusun bir otaqda saxlanmasından şikayətlənirlər.

Qeyd edək ki, Evin zindanına İsrailin hücumundan sonra məhbusların çoxu, o cümlədən də siyasi məhbuslar Böyük Tehran zindanına köçürülüb.

Bir çox məhbusların ailələri və yaxınları onların saxlanma şəraitindən narazı olduqlarını bildiriblər.

Bir qrup siyasi məhbus Böyük Tehran Həbsxanasındakı ağır gigiyena vəziyyəti və pis şərait davam edərsə, aclıq aksiyasına başlayacaqlarını bildiriblər.

Video:

https://t.me/GADTB1/43475

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …