Bazar ertəsi , İyul 20 2026
azfa

Müsəlmanları dəstəklədiyini iddia edən İran müsəlman uyğurların soyırımına dəstək verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müsəlmanları dəstəklədiyini iddia edən İran müsəlman uyğur türklərinin kommunist Çin vasitəsilə soyırımına dəstək verib.

BMT-nin İnsan Haqları Komitəsinin iclasında Belarus tərəfindən hazırlanan Çinin Şərqi Türküstanda (Sintszyan-Uyğur Muxtar bölgəsi) “terror və separatçı qruplara” qarşı mübarizəsini dəstəkləyən məktubunu 46 dövlətin nümayəndəsi imzalayıb.

İranda bir sıra üzdəniraq müsəlman ölkələri ilə birlikdə antimüsəlman koalisiyasına qoşulub, uyğur türklərinə edilən zülmü dəstəkləyib.

Məlumata görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Pakistan və Fələstin kimi müsəlman ölkələri uyğur türklərinə qarşı Çinin dəstəklənməsinə dair müraciətə imza atıblar. Məktubda Pekinin Şərqi Türküstanda terrorizm və separatçılıqla mübarizə aparmaq adı altında əslində müsəlman türklərə qarşı soyqırım və zülmü təqdir edilir.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın