Bazar , Sentyabr 20 2026
azfa

Nadarlı kəndindən azərbaycanlı milli fəala azadlıq tələbilə onun posterləri yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Şəbistər bölgəsi və Nadarlı kəndində azərbaycanlı milli fəal Əli Rəzizadə Nadarlıya azadlıq tələbilə aksiya keçirilib.

Rəzizadənin qanunsuz həbsinə etiraz bildirilib və onun sərbəst buraxılması tələbi ilə posterləri ctimai yerlərə yapışdırılıb.

Azərbaycanlı fəalın fotosu olan posterlərin üzərində “Azərbaycan siyasi məhbuslarına özgürlük, Əli Rəzizadə Nadarlı” və “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb.

“Pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edilən Əli Rəzizadə Nadarlı, 29 oktyabr 2023-cü ildə həbs cəzasını çəkmək üçün Evbin həbsxanasına salınıb.

Qeyd edək ki, O, 1 il həbs cəzasına məhkum edilib və həbsdən buraxıldıqdan sonra daha iki il müddətinə siyasi, ictimai qurumlarda üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub.

Tehranda yaşayan milli fəal Əli Rəzizadə Nadarlı oktyabrın 29-da bir illik həbs cəzasını çəkmək üçün azərbaycanlı milli fəalların müşayiəti ilə Evin zindanına yollanıb və həbsxananın karantin bölməsinə köçürülmüşdü.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …