Cümə axşamı , Mart 28 2024
azfa

Nadir Şah Əfşar və onun hərb işinə gətirdiyi yeniliklər

GADTB: Adı kimi özü də dünyanın nadir sərkərdələrindən biri olan Nadir şah Əfşarın hərbi qüdrətinin ən üstün cəhəti o idi ki, qələbələrini bu günə qədər heç kim təkrar edə bilməyib. Ömrünün 37 ilindən artığını xarici işğalçılara və ölkə daxilində mərkəzi hakimiyyətə tabe olmayan yerli əyanlara qarşı mübarizəyə sərf edib Nadir şah, 120-dən artıq müharibə aparıb.

Ömründə bir dəfə uduzub, o da Topal Osmana, Bağdad uğrunda. Onun 105 minlik qoşunundan o zaman cəmi 5 mini sağ qalıb, 100 mini ölüb. Amma o, ruhdan düşməyib. Təsəvvür edin, cəmi 2 ay sonra 105 min qoşundan daha güclü və daha nizamlı 150 minlik qoşun çıxarıb və Topal Osmanı məğlub edib. (Onu əsir götürərək başını kəsdirib.)

“Düşmənə arxadan zərbə vurmaq taktikası”nı Suvorovun adı ilə bağlayırlar. O, 1799-cu ildə Alp dağlarını dağlarını keçərək orduya arxadan zərbə vurub. Amma əslində bu taktikanı ilk dəfə Nadir şah tətbiq edib. Bağdad yaxınlığında Yanqız istehkamı deyilən bir yer var. İlk dəfə Nadir şah həmin istehkamı almaq üçün 5 min döyüşçünü düşmənin zənn etmədiyi yoldan göndərir. Yəni, təsəvvür edin,  Suvorovdan, hardasa 77 il qabaq bu işi görüb Nadir şah Əfşar.  

Ümumiyyətlə, Azərbaycan hərb tarixi üçün Nadir şah Əfşarın xidmətləri çox böyük və əhəmiyyətlidir. Hərbi məktəblərin açılması, ilk dəfə hərbi gəmiqayırma zavodlarının tikilməsi, müharibə üçün top istehsalı, poladəritmə zavodu və s.

Hərb tarixində Nadir şah balaca toplar icad edib ki, bunlar dəvələr üstünə qoyularaq 360 dərəcə fırlanırmış.

Nadir şah bir despot, qəddar şah obrazı kimi yeridilib beynimizə. Ölkələr fəth edən bir hökmdar üçün bu, çox normal bir haldır. Məgər İsgəndər Hindistanı, Napoleon Avropanı, Romanovlar Qafqazı məgər zurna-balaban, nağara ilə almışdılar?

Beləliklə, Nadir şah Əfşarın yaratdığı Əfşarlar dövləti də əsasən Azərbaycan və İran ərazisində hökm edib, bütövlükdə Şərq, ümumtürk və Azərbaycan tarixində silinməz izlər buraxıb.

Keçmişi ilə fəxr etməyən millətin gələcəyi yoxdur.

TRT Azerbaycan

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …