National: “Uranın zənginləşdirilməsi ilə bağlı danışıqlar dalana dirənib”

BƏƏ-nin “National” qəzeti adları açıqlamayan iki yüksək rütbəli 🇮🇷 İran rəsmisinə istinadən yazıb ki, 🇺🇸 Vaşinqton və Tehran arasında davam edən danışıqlar uranın zənginləşdirilməsi ilə bağlı fikir ayrılıqlarına görə dalana dirənib.

Bildirilib ki, İran hökuməti Omanın danışıqların beşinci raunduna dəvətini rədd edib. Tehran danışıqlarda vasitəçi olan Omanın beşinci raund üçün göndərdiyi dəvəti hələ qəbul etməyib.

İran rəsmisinin sözlərinə görə, Tehranın Omanın dəvətini qəbul etməməsinə səbəb Stiven Uitkoffun son açıqlamaları olub. /Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və dr.İmbat bəy Muğlunun “Media Turk TV”-də “Paşinyan Turan birliyini dəstəklədi – İstanbulda şok açıqlama” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

NYT: “Xameneyi ölümdən qorxaraq özünə üç varis seçib”

GADTB: “The New York Times” yazır ki, İsrailin Tehrana şiddətli hücumlarından sonra İranın ali rəhbəri …