Cümə axşamı , Oktyabr 15 2026
azfa

NATO: “İran Rusiyaya hərbi dəstək verməyə davam edərsə, NATO İrana dərhal cavab verməyə hazırdır”

GADTB: Dünən Britaniyanın “Daily Mail” qəzeti xəbər verib ki, İran hökuməti Ukraynada istifadə üçün Rusiyaya yüzlərlə peyklə idarə olunan uzaqmənzilli ballistik raketlər göndərmək proqramını davam etdirsə, NATO buna dərhal və sərt cavab verməyə hazır olduğunu bəyan edib.

Qəzet onlarla rus hərbçisinin İranda FƏTH uzaqmənzilli ballistik raket sistemindən istifadə etmək üçün təlim keçdiyini deyən Avropanın iki kəşfiyyat mənbəsinə istinadla yazıb ki, onlar Rusiyaya Ukrayna müharibəsi üçün yüzlərlə peykdən idarə olunan silahların çatdırılmasını gözləyirlər.

Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib ki, Vaşinqton, onun NATO müttəfiqləri və G7 (Böyük Yeddilik) tərəfdaşları İranın silah transferi ilə bağlı yeni addımlarına hazırdırlar./ Azad İran

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …