Çərşənbə axşamı , İyun 25 2024
azfa

NATO İrana xəbərdarlıq etdi

GADTB: NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansa daxil olan ölkələrin xarici işlər nazirlərinin iclasında İslam Respublikasına Rusiyaya pilotsuz təyyarələr və digər silahlar göndərməməklə bağlı xəbərdarlıq edib.

Buxarestdə keçirilən iclasda Stoltenberq bildirib ki, bir neçə ay ərzində Ukrayna savaşında Rusiyanın silah-sursatları tükənəcək. Rusiyanın Ukraynaya təcavüzündə İran və ya digər ölkələr Rusiyaya dron və ya digər silahlar verməməlidir.

Xatırladaq ki, bir müddət öncə İran mülki təyyarələrininn Rusiyaya silah və dron daşıması ilə bağlı məlumat sızdırılmışdı. 

Bu məlumata əsasən, Şahid-136 dronları mülki təyyarələr vasitəsilə Rusiyaya ötürülüb.

Eyni vaxtda, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan açıqlama vermişdi ki, İran Rusiyaya dron verib, amma onlar çox az sayda və Ukrayna müharibəsindən xeyli əvvəl olub./ Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …