Çərşənbə , İyul 24 2024
azfa

NATO Sepahın ticarət gəmisinə qarşı terror əməlini pisləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, NATO yaydığı bəyanatda İranın İsrailə aid gəmiyə terror hücumunu pisləyib və Tehranı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

NATO-nun bəyanatında deyilir: “Hadisənin qurbanları ilə bağlı da Rumıniya və İngiltərə dövlətlərinə başsağlığı veririk. Azad gəmiçilik fəaliyyəti bütün NATO müttəfiqləri üçün həyati əhəmiyyət daşıyır. İngiltərə, Amerika və Rumıniya bunda çox güman ki, İranın məsuliyyət daşıdığı nəticəsinə gəliblər”.

NATO İranın bölgədəki sabitliyi pozan hərəkətlərindən hələ də narahatdır və Tehranı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır.

Hücumda vətəndaşları həyatını itirən İngiltərə və Rumıniyadan başqa, Amerika və İsrail də hücuma görə İranın məsuliyyət daşıdığını elan ediblər.

Bildirək ki, İsraillin Oyal Oferə aid “Zodiak” şirkətinin idarə etdiyi “Mercer Street” gəmisi iyulun 30-da Tanzaniyadan BƏƏ səfər edərkən Hind okeanında hədəf alınıb. Hadisə nəticəsində gəminin iki heyət üzvü həyatını itirib.

Həmçinin yoxlayın

Türk ölkələri Qazaxıstan və Özbəkistan yeni T916 hava dəhlizini açdı

GADTB: Dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir Qazaxıstan və Özbəkistan …

Azərbaycanlı futbolçu Əmir İbrahimzadə “Traxtur”dan çıxarılıb, xorvatiylı fubolçu gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən mövsüm “Traxtur”un heyətində olmaq fürsəti qazanan Azərbaycanın …