Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

NATO Türkiyəyə əlavə “Patriot” sistemi yerləşdirməyi nəzərdən keçir

GADTB: NATO İran tərəfindən yarana biləcək raket təhlükəsinə qarşı Türkiyədə hava hücumundan müdafiə sistemlərini gücləndirməyi nəzərdən keçirir.

Bu barədə “Bloomberg“ NATO mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, ittifaq Türkiyədəki bir hava bazasına əlavə “Patriot” raketdən müdafiə sistemi yerləşdirə bilər.

Türkiyənin Şərqində yerləşən Kürecik HHM bazasında ABŞ-a məxsus AN/TPY-2 radar xəbərdarlıq sistemi Yaxın Şərqdən buraxılan raketləri izləmək üçün istifadə olunur və ehtimal olunan hədəflərdən biri hesab edilir.

Eyni zamanda İncirlik HHQ bazasında mövcud olan “Patriot” PAC-2 sisteminin yanında daha güclü “Patriot” PAC-3 batareyasının yerləşdirilməsi də müzakirə olunur.

PAC-3 sistemi xüsusilə ballistik raketləri zərərsizləşdirmək üçün daha effektiv sayılır.

Qeyd edək ki, NATO qüvvələri 4 martdan bəri İran tərəfindən buraxılan üç raketi zərərsizləşdirib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …