Çərşənbə , İyul 24 2024
azfa

Nazarbayevin Türk Şurasının adının dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstanın birinci prezidenti-elbası, Türk Şurası fəxri sədri Nursultan Nazarbayevin təşkilatın adının dəyişdirilməsinə dair təklifi dəstəklənib.

Bu barədə Türk Şurasına üzv dövlətlərin liderlərinin qeyri-formal görüşünün yekunu ilə bağlı qəbul olunan bəyanatda bildirilib.

Qeyd olunub ki, bununla bağlı xarici işlər nazirlərinə və Baş katibliyə 2021-ci ildə Türkiyədə keçiriləcək VIII Zirvə Görüşündə qəbul ediləcək müvafiq qərar layihəsinin hazırlanmasına dair təlimat verilib.

Xatırladaq ki, Türk Şurasının 2019-cu ildə Bakıda keçirilmiş VII Zirvə Görüşündə N. Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi təklifi ilə çıxış edib.

Həmçinin yoxlayın

Türk ölkələri Qazaxıstan və Özbəkistan yeni T916 hava dəhlizini açdı

GADTB: Dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir Qazaxıstan və Özbəkistan …

Azərbaycanlı futbolçu Əmir İbrahimzadə “Traxtur”dan çıxarılıb, xorvatiylı fubolçu gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən mövsüm “Traxtur”un heyətində olmaq fürsəti qazanan Azərbaycanın …