Şənbə , İyun 13 2026
azfa

Netanyahu: İsrailin İranda hələ də hədəfləri var, müharibə başa çatmayıb

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, 2017. / AFP PHOTO / POOL / RONEN ZVULUN

GADTB: Benyamin Netanyahu ABŞ-ın CBS News telekanalının “60 Minutes” proqramına müsahibəsində bildirib ki, İsrailin İranla bağlı qarşıda hələ “çox işi” qalır və son müharibəni yekunlaşmış hesab etmir.

Netanyahu deyib ki, Donald Tramp da onunla İranın zənginləşdirilmiş uran ehtiyatlarının tamamilə aradan qaldırılması məsələsində eyni mövqeni bölüşür.

İsrail baş naziri iddia edib ki, son müharibə İsrail üçün “böyük nailiyyətlər” gətirib. Bununla belə, o əlavə edib ki, İranın nüvə obyektləri, raket proqramı və Tehranla əlaqəli silahlı qruplar tam şəkildə sıradan çıxarılmayıb.

Netanyahu bildirib: “Biz bu imkanların böyük hissəsini zəiflətdik, amma görülməli olan başqa tədbirlər də qalır.”

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …