Çərşənbə , Noyabr 11 2026
azfa

Newsweek: “İran və İsrail arasında qarşıdurma riski yenidən artıb”

Amerikanın nüfuzlu “Newsweek” jurnalı yeni təhlilində İran ilə İsrail arasında artan nüvə gərginliyinə diqqət çəkərək, iki ölkə arasında yenidən hərbi qarşıdurma riskinin yüksəldiyini bildirib.

Məqalədə qeyd olunur ki, son həftələrdə baş verən hadisələr, xüsusilə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) ilə əməkdaşlığını dayandırması, nüvə obyektlərində qeyri-müəyyənliyin artması və İsrailin strateji hazırlıqlarını sürətləndirməsi vəziyyəti daha da gərginləşdirib.

Jurnal yazır: “İsrail və İran arasında mövcud olan dərin strateji nüvə uçurumu hələ də aradan qaldırılmayıb. Son atəşkəs yalnız görünən sakitliyi təmin edib, lakin əsas problemləri ört-basdır etməyib”.

Təhlilçi belə nəticəyə gəlir ki, İranın davamlı avantürist davranışı, ballistik raketlərin inkişafı və nüvə proqramlarını dayandırmaq iradəsinin olmaması, İsrailin açıq-aşkar hərbi hazırlığı ilə genişmiqyaslı qarşıdurma riski həmişəkindən daha ciddi olub.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …