Çərşənbə , Oktyabr 14 2026
azfa

Niderland İran səfirini Avropada sui-qəsd cəhdləri ilə bağlı XİN-ə çağırıb

GADTB: Niderlandın Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (AIVD) Tehranın Avropada törədilmiş iki qətlə cəhddə əli olmaqda şübhəli bilindiyi hesabatının dərcindən sonra Niderland Xarici İşlər Nazirliyi İran səfirini çağırıb.

 Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

AIVD-nin məlumatına görə, 2024-cü ilin iyun ayında Niderlandın Haarlem şəhərində  yaşayan bir iranlını öldürməyə cəhddə şübhəli bilinən iki kişi saxlanılıb. Onlardan biri, həmçinin 2023-cü ilin noyabrında Madriddə İran rejimini tənqid etməklə tanınan ispan siyasətçi Alexo Vidal Quadrasa qarşı uğursuz sui-qəsd cəhdində şübhəli bilinir.

Niderland kəşfiyyatının bəyanatında deyilir: “Bu hadisələr İranın Avropadakı cinayət şəbəkələrindən rejim müxaliflərini hədəfə almaq üçün istifadə etdiyi modelə uyğundur”.

 Onların məlumatına görə, hücumların arxasında İranın olması ehtimalı yüksəkdir./ Azad İran

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …