
GADTB: The New York Times qəzetinin peyk görüntülərinə əsaslanan araşdırmasına görə, İran ötən ilin iyun ayında baş vermiş 12 günlük müharibə zamanı hədəfə alınan bir sıra ballistik raket obyektlərini qısa müddətdə yenidən qurub.
Qəzet yazır ki, son aylarda ölkə daxilində çoxsaylı raket qurğularında və hərbi infrastrukturlarda təmir və bərpa işləri aparılıb. Xüsusilə hücumlardan dərhal sonra bir neçə ballistik raket istehsalı və sınaq müəssisəsində aktiv tikinti prosesinin başladığı müşahidə olunub.
Qeyd olunub ki, zədələnmiş ərazilərin bərpasında görünən sürət fərqi Tehranın hərbi prioritetlərini açıq şəkildə ortaya qoyur. Bu proses ABŞ-nin bölgədə hərbi mövcudluğunu artırdığı və yeni hərbi əməliyyat ehtimalının gündəmdə olduğu bir vaxta təsadüf edir. /Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi