Cümə axşamı , Dekabr 2 2021
azfa

Ohanyan: “İranın təlimləri Ermənistan üçün ciddi dəstək idi”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “İranın keçirdiyi hərbi təlimlər Zəngəzurdan keçən dəhlizlər və yollar məsələsində təzyiqlərin göstərilməsini istisna etməklə bağlı Ermənistan üçün ciddi dəstək idi”.

Bu sözləri Ermənistanın keçmiş Müdafiə naziri, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

Ohanyan qeyd edib ki, lazım gələrsə, İranla Ermənistan arasında strateji sahədə əməkdaşlığı dərinləşdirmək, yeni müqavilələr imzalamaq lazımdır.

“Hələlik ilkin şərtlər yoxdur ki, İranla Azərbaycan arasında hərbi toqquşmanın böyük mümkünlüyü barədə danışmaq mümkün olsun. Bu halda geosiyasi xarakterli hadisələrin inkişafı zamanı güc mərkəzlərinin maraqları da toqquşur. Mənə elə gəlir ki, bu güc mərkəzləri bənzər toqquşmaya icazə verməyəcək”, – deyə Ohanyan bildirib.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …