Şənbə , Aprel 20 2024
azfa

Orjinal Alban dilinin səslənişi

GADTB: Qafandakı Vaanvəng adlı alban monastırının həyətində alban katalikosu Stepannosun qəbrini misal çəkmək olar.

Həmin qəbrin başdaşında yazılıb:

“Mən, Albaniya katalikosu, hökmlü Stepannos taciklərin (ərəblər) təqibindən yaxa qurtarmaq üçün Şahanduxt və bacısı Kata tərəfindən tikdirilmiş kilsəyə gəldim və burada rahatlıq tapdım. Tanrı məni mükafatlandıraraq yuxarı mərtəbədə yerləşdirdi. Tanrı xanımızı (Senekərimi) öz qüdrəti ilə qorususn”.

Eyni monastıra bitişik, albanlara məxsus Həzrət Məryəm kilsəsinin üzərində isə bu yazı qeyd edilib:

“Mən, Albaniya xanı Sevadın qızı və Aşotik oğlu Krikor xanın xatunu Şahanduxt və bacım Kata erməni təqviminin 535-ci ilində (1086-cı il) övladımızın olmaması səbəbindən, Məryəm ananın mərhəmətini qazanmaq üçün onun şərəfinə bu kilsəni tikdirdik…”

Dövrümüzədək alban xanı Sevadın oğlu, Şahanduxt və Katann qardaşı, Albaniya xanı Senekəremin də bir neçə fərmanı gəlib çatıb. Onlardan biri belə başlanır:

“Hər şeyə qadir İsanın hökmü ilə mən, Senekərem Sünik və Albaniyanın xanı məndən öncəki xan və bəylərin ürəyəyatımlı yazılarını oxuyub, Məsihsevər bacılarım, xanbanu Şahanduxt və … bakirə Katanın xahişi ilə Sisakan və Bağk vilayətlərində kilsə torpaqlarını kilsəyə qaytarmaq üçün bu fərmanı yazdım…”

Məlumat üçün bildirək ki, ermənilər bu fərmanı rus dilinə tərcümə edib çap etdirərkən, oradakı “Sünik və Albaniya xanı” ifadəsini “Ermənistan çarı” ifadəsi ilə əvəz etmişlər.

Eyni xanın başqa bir fərmanında yazılıb:

“Bu, mənim – Sevad oğlu Senekərem xanın fərmanımdır. Tanrı məndən üz döndərmədi və İsmayıloğulları tərəfindən dağıdılmış doğma xanlığımda ikinci dəfə xan olmaq üçün mənə mərhəmət göstərdi. Müqəddəs kilsə və ecazkar Sünik taxt-tacının vərəsə torpaqları barədə əski fəmanları oxuyub, həmin torpaqları dördüncü dəfə paytaxt Tatevə qaytarıram…”

Məlik Sevad bəyin, adı kəçilən həmin o erməni-qıpçakcası kimi tanınan əlyazmalarda alban dilində belə deyilir:

Albanca:

《Xaniça Şahanduxt xızı Sevad xannınq da xatunu Kirkor biyninq.》

Çağdaş türkcəmizdə:

《Xanbanu Şahanduxt Sevad xanın qızı və Qriqori bəyin arvadı.》

Mənbə:

N°- 441 Vyana

əlyazması (182 v).

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …