Cümə , İyun 20 2025
azfa

Oslonun mərkəzində Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Norveçin paytaxtı Oslonun mərkəzindəki bir sıra ictimai yerlərdə Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılıb.

Bu layihə Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan diaspor təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihənin əsas məqsədi yerli ictimaiyyəti Qarabağ həqiqətləri barədə məlumatlandırmaq, müharibə zamanı baş verənlərə diqqət çəkməkdir.

Bilbordlarda üç məqam yer alıb: Birlikdə Qarabağda Azərbaycanın təhlükəsiz gələcəyinin qurulması üçün fəal şəkildə işləyə bilərik; Birlikdə sülh müqaviləsinə riayət olunmasına və ona hörmət edilməsinə səylər göstərə bilərik; Birlikdə Azərbaycan ərazilərində humanitar aksiya çərçivəsində minalardan təmizləmə layihəsi keçirə bilərik.

Lövhələrdə dünya ictimaiyyətinin Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə diqqət yetirməyə çağırış da yer alıb.

Qeyd edək ki, bilbordlarda istifadə edilən fotoların bir hissəsi dünyaca məşhur fotoqraf Reza Deqati tərəfindən çəkilib.

Həmçinin yoxlayın

Ərəb rəsmiləri: Xameneyi sağ qalsa belə, İran rejiminin sağ qalacağı ehtimalı yoxdur

GADTB: “Bloomberg” körfəzindəki mənbələrə istinadən yazır ki, İsrailin zərbələrindən sonra İranda mövcud rejimin sağ qalması …

Netanyahu Xameneyinin hədəfə alınması barədə: “Bütün variantlar masa üzərindədir”

GADTB: Bu gün İsrail baş naziri Benyamin Netanyahu İranın ali rəhbəri Əli Xameneyinin hədəfə alınması …

Bir cavab yazın