Cümə , Sentyabr 18 2026
azfa

Ovçu (Sayad) Məhəmmədianın 3 günlük məzuniyyətdən sonra yenidən Kərəcdə zindana salındı

GADTB: Yanvarın 13-də 3 günlük məzuniyyətə çıxmış, Kərəcdə yaşayan azərbaycanlı türk fəal Ovçu (Sayad) Məhəmmədian məzuniyyətinin sona çatması ilə əlaqədar dünən Kərəcin Kəçuli zindanına salınıb.

Ovçu (Sayad) Məhəmmədian İranın ETTELAAT qüvvələri tərəfindən Kərəcdəki evində həbs olunduqdan sonra nayabırın 25-dən bəri Kərəcin Kərçii həbsxanasında altı aylıq həbs cəzasını çəkir.

Ovçu Məhəmmədian əslən Qoşaçaydandır (Miandoab) və Kərəc (Yengi İmam) şəhərində yaşayır. O, bundan əvvəl də sivil fəaliyyətinə və İranda türk xalqına qarşı dil və mədəni ayrı-seçkiliyə etiraz etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə təzyiq və təhdidlərə məruz qalıb.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …