Cümə axşamı , Noyabr 12 2026
azfa

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı hərbi-siyasi blok deyil, amma hərbi-texniki sahədə əməkdaşlıq edirik.

Kamilov bildirib ki, TDT-yə üzv ölkələr arasında hərbi-texniki əməkdaşlıq olsa da, bu təşkilat hərbi-siyasi blok kimi fəaliyyət göstərmir.

“Hərbi sahədə əməkdaşlıq edirik, texnologiya mübadiləsi aparırıq, lakin bu təşkilat hərbi-siyasi blok deyil. Bu aydınlaşdırılmalıdır ki, heç kimdə narahatlıq yaranmasın”, — Kamilov qeyd edib.

O əlavə edib ki, ölkələr arasında bu əməkdaşlıq təbii bir prosesdir: “Ölkələr hərbi texnologiya sahəsində əməkdaşlıq edir, hərbi-texniki təcrübə mübadiləsi aparır və digər sahələrdə təcrübə paylaşır”.

Müşavir vurğulayıb ki, təşkilatın əsas məqsədi mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi və elmi-texniki sahədə əməkdaşlıqdır.

“Təbii ki, hərbi-texniki sahədə əməkdaşlıq da mümkündür, amma bu heç də təşkilatın hər hansı siyasi bloka çevriləcəyi anlamına gəlmir”, – o vurğulayıb.

Həmçinin yoxlayın

Urmiya Bələdiyyəsi Süngünün Mis kmandasını məğlub etdi – Video

GADTB: Azərbaycan Bələdiyyəsi (Urmiya) komandası Təbrizin Şəhid Şərifi idman zalında keçirilən maraqlı qarşılaşmada Süngünün Mis …

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …