Çərşənbə , Oktyabr 14 2026
azfa

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb.

Göytürk dövrünə aid olduğu düşünülən sikkənin üzərində “Türk-Xaqan” sözü yazılıb.

Bu kəşfin türk tarixini dəyişdirə biləcək önəmə malik olduğu hesab edilir. Mütəxəssislərin fikrincə, bu tapıntı türk adının keçdiyi məlum ən qədim yazılı sənəd ola bilər.

Özbək arxeoloq Qaybulla Babayarovun sözlərinə görə, Daşkənd bölgəsində tapılmış tunc sikkələrin 20-dən çoxu Qərbi Göytürk Xaqanlığına aiddir:

“Soqd dilində yazılı sikkə nümunələrinin birində “Türk-Xaqan” ifadəsi yer alıb. VI-VII əsrə aid olduğu düşünülən bu sikkə Qərbi Göytürk Xaqanlarından birinə, Xaqanlığın qurucularından biri İstemi Xaqanının Fərqanədə hakimiyyətdə olan nəvələrinə məxsus ola bilər”.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …