Cümə axşamı , İyul 25 2024
azfa

Pakistanın Türkiyədən PUA almağa çalışması Hindistanı qorxuya saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pakistan Türkiyədən “Bayraqdar TB-2” PUA-ları almağı planlaşdırır. Rəsmi İslamabad Ankara ilə onsuz da güclü olan müdafiə sənayesi sektorundakı işbirliyini daha da dərinləşdirmək və regional məsələlərdə birgə hərəkət etməyi hədəfləyir.

Bu haqda Hindistan mediası yazıb.

Hind mətbuatının yazdığına görə, Türkiyə ilə Pakistanın əməkdaşlığının güclənməsi Hindistanda əndişəyə səbəb olub.

“Hindistan təhlükəsizlik xidməti qaynaqları Azərbaycanın ötən il Ermənistanı yenməsinə yardımçı olan “Bayraqdar TB-2” PUA-larının Pakistana tədarükü ehtimalı, ortaq müdafiə projeləri, Əfqanıstandakı işbirliyi və Pakistana gələcək daha çox Türkiyə sərmayəsindən narahat olduqlarını açıq dilə gətirirlər. Pakistanın Səudiyyə Ərəbistanı və BƏƏ ilə əlaqələri zəifləyir. Türkiyə yaranan boşluğu doldurmaq istəyir və bu səbəbdən bölgədə oynanan daha geniş oyunun bir hissəsi olaraq Pakistana yaxınlaşır.

Türkiyə son illər daxili müdafiə sənayesi, dron texnologiyası, hərbi gəmilərin dizaynı və inşasında ciddi bir üstünlüyə sahib olub. Artıq Pakistan Türkiyədən PUA-lar almaq üçün danışıqlar aparır. Hər şey Pakistanın qarşılığında Türkiyəyə nə təklif etməsindən aslı olacaq”, deyə Hindistanın “ThePrint” media orqanı yazıb.

“The Print”ə danışan Hindistan Aviasiya Araşdırmaları Mərkəzinin (CAPS) baş direktoru, vitse-admiral Anil Chopra, “Pakistan və Türkiyənin mədəni, tarixi və hərbi əlaqələri var”, deyib. O, Pakistan və Türkiyə Silahlı Qüvvələrinin bir çox ortaq hərbi təlim təşkil etdiklərini də xatırladıb. Anil Chopra həmçinin, Türkiyənin “Bayraktar”lardan tək Qarabağda deyil, həmçinin Suriya və Liviyada da istifadə etdiyini bildirib.

Adının çəkilməsini istəməyən hindistanlı təhlükəsizlik mütəxəssisi isə, “Türkiyə, Pakistan və Çin arasında üçbucaq əmələ gəlir. Bu ölkələrin heç biri Hindistanla həqiqətən dost deyil və bu səbəbdən üçünün birləşməsi Hindistana zərər verir”, deyib.

Hindistan mediası yazır ki, Pakistan Türk pilotsuz təyyarələrini əldə etməyi bacararsa, bu ölkənin imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. Türkiyə bu günə qədər “Bayraqdar TB-2”-ni Azərbaycan, Polşa, Ukrayna və Qətərə satdı. Albaniyaya da PUA-ların satışı ilə bağlı danışıqlar aparır.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …