Şənbə , İyun 13 2026
azfa

Parisa İsmayılnejad Abyek şəhərində ürəyinə hərbi güllə dəyməsi nəticəsində həyatını itirib

GADTB: 1985-ci il təvəllüdlü, Qəzvindən olan azərbaycanlı xanım Abyek şəhərində yaşayan Parisa İsmayılnejad 1404-cü ilin 18 dey tarixində Abyek şəhərinin Taleqani küçəsində, Şəhər Şurasının binasının qarşısında birbaşa hərbi silahdan açılan atəşə məruz qalaraq həlak olub. Daxil olan məlumatlara görə, güllə onun ürək nahiyəsinə dəyib və hadisə həyat yoldaşının onu qucaqladığı an baş verib.

Şahidlərin bildirdiyinə görə, həmin gün Abyek şəhərində bir neçə digər vətəndaş da öldürülüb. Eyni zamanda, hadisədən sonra bəzi ailələrə rəsmi qurumların təqdim etdiyi versiyaları qəbul etmələri və məlumat yaymaqdan çəkinmələri üçün təzyiqlər göstərildiyi iddia olunur. Bu hallar vətəndaşların əsas hüquqları, xüsusilə yaşamaq hüququ və həqiqətə çıxış hüququ baxımından ciddi narahatlıqlar doğurur.

Vətəndaşların öldürülməsi və ailələrin susdurulması istiqamətində təzyiqlərin tətbiqi bu faciənin humanitar ölçülərini daha da dərinləşdirir və baş verən hadisələrin müstəqil, obyektiv və şəffaf şəkildə sənədləşdirilməsinin zəruriliyini daha da aktuallaşdırır.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …