Şənbə , Aprel 20 2024
azfa

Parisdə Erməni işğalçılarına PKK terrorçularından açıq dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransanın paytaxtı Parisdə ermənilər Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün keçirdiyi əməliyyata qarşı etiraz aksiyası keçirib.

 “A Haber”in yaydığı məlumatda bildirilir ki, aksiyada ermənilərə PKK terror təşkilatının üzvləri də dəstək verib. PKK üzvlərinin əllərində Ermənistan bayrağı və terror təşkilatına aid əsgilər olub.

Aksiyada əsgi parçalarının yanında Yunanıstan bayraqlarının olması da diqqət çəkib.

Qeyd edək ki, PKK terrorçularının ermənilərlə sıx təmasda olması artıq faktdır. Hətta işğalçı ölkə Qarabağ müharibəsinə də PKK terrorçularını cəlb edib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın