Çərşənbə , Sentyabr 23 2026
azfa

Paşinyan: “Bizim İranla yaxşı münasibətlərimiz var”

İranın “Mashregh News” saytı xəbər verir ki, Ermənistanın baş naziri bazar ertəsi Çexiya nəşrlərindən birinə müsahibəsində ölkəsi ilə İran arasındakı yaxşı münasibətlərdən ağız dolusu danışıb.

Nikol Paşinyan “Respect” jurnalına verdiyi müsahibədə bildirib ki, Ermənistanın xarici siyasətinin əsas məqsədi bütün qonşuları ilə normal münasibətlər qurmaqdan ibarət olmalıdır.

O, Ermənistanın İran və Gürcüstanla yaxşı münasibətlərə malik olduğunu vurğulayıb. Paşinyan əlavə edib ki, ölkəsinin hazırda Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur və təbii ki, bu münasibətlər belə qalmamalıdır.

Habelə bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan yazdığı tvitdə İran və Ermənistan bayraqlarının yan-yana şəkillərini paylaşaraq yazıb: “İran bizim min illik qonşumuzdur, İran Ermənistanın dostudur. Bu dostluq davam edəcək”./ Azad İran

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …