GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Payız yağışlarına baxmayaraq yenə Urmiya gölü acınacaqlı vəziyyətdədir.
Əvvəlki aylarda su ilə dolu olan Urmiya gölünün yatağının bir çox hissəsinin quruduğu bildirilir.
Eyni zamanda əvvəlki illərə görə Urmiya gölünün su sahəsi daha çox gölün cənubunda və həmçinin gölün ortasında çəkilən körpünün ətrafında qalır, Urmiya gölünün şimal yarısı isə demək olar ki, quruyub.