Şənbə , İyul 19 2025
azfa

Pentaqon: İran 3 həftə ərzində 10 nüvə başlığı hazırlamaq gücündədir

GADTB: İran üç həftə ərzində 10-a qədər nüvə başlığı hazırlamağa qadirdir.

Bunu Amerika Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib.

“Əgər İran rejimi sürətləndirilmiş nüvə silahının hazırlanmasına davam etmək qərarına gəlsə, qiymətləndirmələrə görə, bir neçə zənginləşdirmə obyektlərində mövcud ehtiyatlar və sentrifuqalar təxminən bir həftə ərzində ilk 25 kq silah dərəcəli (nüvə) materialı və üç həftə ərzində on nüvə başlığını istehsal etmək üçün kifayətdir”.

O qeyd edib ki, İran nüvə silahı əldə edərsə, bölgədəki digər ölkələr nüvə silahı əldə etmək üçün mümkün olan hər şeyi edəcək, ya onları inkişaf etdirəcək, ya da satın alacaq ki, Tehrana qarşı çəkindirici potensialı qoruyub saxlaya bilsin.

Həmçinin yoxlayın

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …

Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf

GADTB: Azərbaycanlı professor, doktor Puya Əlaəddini Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf edib. O deyib …