Çərşənbə axşamı , İyul 15 2025
azfa

Pezeşkiandan etiraf: “Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir”

GADTB: İran prezidenti Məsud Pezeşkian deyib: “Bizim ana dilimizdə təhsillə bağlı problemimiz var. Bunu danmaq düzgün deyil. İran Azərbaycanında özünü türk adlandıranlara xor baxmaq olmaz 

Bu insanların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür.

Özlərinə başqa heç nə deyə bilməzlər, uydurma adlar isə qəbuledilməzdir.

Onların ana dilində təhsili İranın həm milli, həm də beynəlxalq öhdəliyidir. İranın ayrılmaz bir parçası olan milyonlarla türkün ana dili olduğu üçün türkcə təhsil məsələsinə xüsusi yanaşmalıyıq.

Şəhriyarın danışdığı və yazdığı dil türkcədir, bu dildə şeir deyəndə əsəbiləşmək məntiqsizdir. Şəhriyar İran tarixinin ən parlaq simasıdır.

Ümumiyyətlə, türk, ərəb və bütün digər dillər İranın ayrılmaz sərvətidir. Son 12 günlük müharibə göstərdi ki, İranın milli sərvəti onun milli birliyidir. Ona görə də xalqın özünüifadəsi onun təbii haqqıdır”.

Həmçinin yoxlayın

İranla razılıq əldə olunmasa, “tətik mexanizmi” işə salınacaq

GADTB: Fransanın xarici işlər naziri Jan-Noel Barrot avqustun sonunadək İranla nüvə proqramı üzrə razılıq əldə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də “Əmr verildi – Moskvanı vurun!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …