Cümə , Avqust 28 2026
azfa

Pezeşkianın kürd müavininin axtarışda olan qaçaqmalçı və beynəlxalq terrorçu Naci Zindəşti ilə görüş etirazla qarşılanıb

GADTB: İran prezidenti Məsud Pezeşkianın müavini və millət vəkili Əbdülkərim Hüseynzadənin, beynəlxalq narkotik şəbəkəsinin rəhbəri və İslam Respublikasının terror strukturlarının əsas fiqurlarından biri kimi tanınan Naci Şərifi Zindəşti ilə görüşdüyü əks olunub.

Bundan başqa, 2024-ci ilin yanvarında Amerika və Böyük Britaniya İran hökumətinin göstərişi ilə xaricdəki müxaliflərin öldürülməsini planlaşdıran Naci Şərifi Zindəşti şəbəkəsi ilə əlaqədə olduqları bildirilən 11 nəfəri sanksiyaya məruz qoyub.

Rejimin dəstəklədiyi bu şəxs Qərbi Azərbaycanda seçkilərin saxtalaşdırılmasında, bölgənin qaçaqmalçılıq yolu ilə qeyri-sabit hala salınmasında fəal rol oynayır. Ekspertlərin fikrincə rejim bu və bunun kimi şəxslərin və qruplaşmaların əli ilə Qərbi Azərbaycanı Türkiyə və Azərbaycan Cümhuriyyətləri ilə Güney Azərbaycan arasında bufer zona halına salmağa və Güney Azərbaycanda yaşayan kürdlər ilə türklər arasında etnik qarşıdurma yaratmağa çalışır.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …