Cümə , Avqust 28 2026
azfa

Pezeşkianın müavini Azərbaycan adını təhrif etdi- Video

GADTB: İran prezidenti Məsud Pezeşkianın Urmiyaya səfəri çərçivəsində keçirdiyi görüş zamanı onun müavini Məhəmməd Cəfər Qaempənah Qərbi Azərbaycan əyalətinin adını çəkərkən qəsdən Azərbaycan adını təhrif edib.

Yayılan videolarda icra işləri üzrə vitse-prezident və Prezident Administrasiyasının rəhbəri Məhəmməd Cəfər Qaempənah Qərbi Azərbaycan əyalətini “Qərbi Azər” əyaləti adlandırır.

Əslən Kirmanşahdan olan miliyyətcə kürd vtse-prezident, çıxışının davamında isə “Urmiya əyaləti” ifadəsindən istifadə etsə də, prezident və görüşdə iştirak edən başqa rəsmilər və millət vəkilləri onun bu ifadələrinə irad bildirmirlər. Bu isə molla rejimin Azərbaycana qarşı fitnəkarlığının davam etməsini göstərir.

Qeyd edək ki, uzun illərdir kürd deputatları və kürd terror qrupları Qərbi Azərbaycan əyalətinin adının dəyişdirilərək “Urmiya əyaləti” adlandırılmasını tələb edirlər.

Bu, xüsusən keçmiş prezident Həsən Ruhani dövründə daha geniş gündəmə gəlib və Ruhani Urmiyaya səfəri zamanı Qərbi Azərbaycanı “Urmiya əyaləti” adlandırıb.

Cari ildə isə kürd terror təşkilatları və onları tərəfdarları ziyalıları Qərbi Azərbaycanın “urmiya əyalətinə” çevrilməsi üçün imza kampaniyası başladıblar.

https://t.me/GADTB1/45890

Həmçinin yoxlayın

Somali quldurları tərəfindən girov götürülən İran neft tankeri «Eritreyada qeydiyyata alınmayıb»

GADTB: Eritreyanın informasiya naziri cümə günü bildirib ki, ötən həftə Yəmən sahillərindən Somali istiqamətinə aparılan …

Sentkom: Hörmüz boğazındakı beynəlxalq gəmiçilik marşrutları İranın dəniz minalarından təmizlənib

GADTB: ABŞ Mərkəzi Komandanlığının – Sentkomun komandanı Bred Kuper bildirib ki, ABŞ qüvvələri İran İslam …