Çərşənbə , Noyabr 11 2026
azfa

Pezeşkianın prezidentliyi dövründə türk adlarına məhdudiyyətlər artıb

GADTB: Məsud Pezeşkianın prezident seçilməsi ilə azərbaycanlılar Urmiya gölünün bərpası, ana dilində tədris, uşaqlara türk adlarının verilməsi, Süngün mis mədəni kimi regional mədənlərin taleyinin müəyyən edilməsi də daxil olmaqla, bəzi mədəni və dil tələblərinin təmin olunacağına ümid etsələr də, bu reallaşmayıb.

hesabatlar göstərir ki, bu müddətdə bəzi sahələrdə irəliləyişin olmaması ilə yanaşı, hətta məhdudiyyətlər də artıb.

“Balamin Adı” kampaniyasının yaydığı məlumatlara görə, türk adlarının Vətəndaşlıq Qeydiyyatı Təşkilatında qeydiyyatı prosesi getdikcə çətinləşib.

Kampaniya, azərbaycanlı ailələrdən topladığı hesabatlara əsasən bildirib ki, valideynlər övladlarına türk adlarının verilməsi prosesinin dahada çətinləşdiyini bildiriblər.

Bildirilir ki, İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi son vaxtlar “Yağış”, “Elman”, “Elyar”, “Ayxan” və başqa bu türk adlarına doğum şəhadətnaməsi verməkdən imtina edib.

Bəzi iddialara görə, İranda siyasi gücə geniş təsir imkanı olan fars miliyyətçi cərəyanı, bu vasitə ilə həm də, Məsud Pezeşkianın prezident seçilməsində əhəmiyyətli rol oynayn azərbaycanlıların ona qarşı çıxmasına çalışır.

Qeyd edək ki, İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …