Cümə , Fevral 13 2026
azfa

PKK-nın əhaliyə qarşı Türkiyədə yeni terror planı ifşa oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Konya şəhərində keçirilən əməliyyat zamanı PKK-nın daha bir amansız terror planı üzə çıxıb.

Suriyalı bir ailənin maşınının yük hissəsinə baxan polis müxtəlif əşyalarla yanaşı, oyuncaq ayı da aşkar edib.

Oyuncağın içinə baxış keçirilən zaman kustar üsulla hazırlanmış bomba tapılıb.

Məlumata görə, sözügedən bomba ticarət mərkəzlərindən birində partladılacaqmış.

Bombanın PKK tərəfindən hazırlandığı bildirilib.

Digər tərəfdən isə Türkiyən terrorçu PKK-ya qarşı mübarizəsi İraqda davam edir. Türkiyə İraqın şimalında Metin regionunda PKK terrorçularının obyektlərinə raket zərbəsi endirib.

Zərbə nəticəsində 2 terrorçu məhv edilib.

Aviasiya “Pəncə” antiterror əməliyyatının qərargahı ilə əlaqəli hərəkət edib.

Xatırladaq ki, Türkiyə Ordusu mayın 27-dən İraqın şımalında antiterror əməliyyatı keçirir.

PKK silahlılarına qarşı aviasiyadan və artilleriyadan da istifadə olunur.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın