Bazar , Sentyabr 19 2021
azfa

PKK terror təşkilatı Türkiyədə yanğınlar törətdiyini üzərinə götürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  PKK-ya bağlı olan “Alov uşaqları” terror təşkilatı Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürüb.

Terror təşkilatının üzvləri bildiriblər ki, meşə yanğınlarını onların tərəfdarları törədiblər.

Türkiyə rəsmiləri hələlik təşkilatın açıqlamasını şərh etməyiblər.

Qeyd edək ki, “Alov uşaqları” terror təşkilatı PKK terror təşkilatına bağlıdır. Daha əvvəl Türkiyənin ayrı-ayrı mətbu orqanları meşə yanğınlarında PKK terror təşkilatı üzvlərinin əli olması barədə məlumat yayıb. Qeyd edilib ki, Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb.

Həmçinin yoxlayın

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …