Polad Həşimovun anası ermənipərəst İranın medalından imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Polad Həşimovun anası İranın oğlunun adından su-istifadə edilməsinə edərək “İranın verdiyi mükafat bizə lazım deyil” deyib.

Bir müddət öncə İranın Azərbaycandakı səlahiyyətli səfiri və Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib.

Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “Tvitter” səhifəsində paylaşım etmişdi.

Səfir bildirmişdi ki, səfirliyin hərbi attaşesi və dini rəhbərin Azərbaycan üzrə nümayəndəsi Əli Əkbər Ocaqnejadla birlikdə general şəhid Polad Həşimovun evində olub.

Qeyd edək ki, səfir bildirib ki, onlar öldürülmüş terrorçubaşıl Qasım Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim ediblər.

Lakin şəhid general Polad Həşimovun ailəsi xəbəri təkzib edib.

Sosial şəbəkədə yayılan məlumata görə, Polad Həşimovun anası Səmayə xanım mükafatı almadıqlarını bildirib.

“İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyatı qurumlardan da medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm”-deyə, Səmayə ana bildirib.

Bildirək ki, İran rejimi təqdim etdiyi medala ermənilərin qondarma “soyqırımı” simvolunu həkk edərək Polad Haşımovun ailəsinə təqdim etmək istəyib.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …