Şənbə , Dekabr 4 2021
azfa

Polşa nəşri: Türk “Bayraqdar”ları rus raket sistemlərini aşağıladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Polşanın “Virtualna Polska” qəzeti yazıb ki,  Türk “Bayraqdar”ları Rusiyanın hava hücumundan müdafiə sistemlərini aşağıladı.

Polyak nəşri Türkiyənin müasir silahlarının Rusiyanın hərbi sənaye kompleksinə ağır zərbə vurduğunu bildirib.

Məqalədə Türkiyə istehsalı “Bayraqdar TB2” dronlarının Suriya və digər bölgələrdə gedən müharibələrdəki uğurlarına diqqət çəkilib.

Məqalə “Rusiyanın müdafiə sistemlərini alçaldan türk döyüş təyyarələri” adı ilə yayımlanıb:

“Yüksək səviyyədə inkişaf etdirilmiş sistemlərin olmasına baxmayaraq, Türkiyənin hərbi avadanlıqlarının əhəmiyyətli üstünlükləri var: aşağı qiymət və sübut olunmuş döyüş effektivliyi. Bənzər Amerika sistemləri ilə müqayisədə Türkiyənin hərbi avadanlıqları əlverişli qiymətləri ilə seçilir.

Ən əsası, “Bayraqdar TB2” əsl müharibə zamanı rus texnikasına qarşı sınaqdan keçirilib. Türk pilotsuz təyyarələri digərləri ilə müqayisədə uğurla istifadə edilib. “Bayraqdar TB2” Türkiyənin Suriyadakı “Bahar Qalxanı” əməliyyatında da yaxşı nəticələr verdi. Türklər orada ən azı bir neçə pilotsuz təyyarə itirsələr də, yerdəki hədəflərə hücum edərkən faydalı olduqlarını sübut etdilər”.

Nəşr vurğulayıb ki, Suriyadakı müharibə zamanı ruslar zenit sistemlərini itiriblər:

“Ukrayna da alıb. Kəşfiyyat məqsədi ilə istifadə edilir”.

Həmçinin yoxlayın

Ərdəbildə azərbaycanlı fəallardan yerli rəsmilərin Antiazərbaycan siyasətinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallar İran …

Albaniya elmində inqilab; erməni – qıpçakcası

GADTB: Bəxtiyar Tuncayın 2010-cu ildə nəşr etdirdiyi “Qafqaz albanlarının dili və ədəbiyyatı” monoqrafiyasının işıq üzü …